Marsda qədim çay məcraları aşkarlandı

Google+ Pinterest LinkedIn Tumblr +

“Mars-ekspress” orbital stansiyası keçmişdə Qırmızı planetdə gur çaylar sisteminin şaxələnməsinin mövcudluğunu, hazırda Mars vadilərində qurumuş çay məcralarını görməyin mümkünlüyünü təsdiq edən dəlillər tapıblar.

Biosfer.az BBC-yə istinadla xəbər verir ki, Avropa Kosmik Agentliyinin planetlərarası stansiyası tərəfindən çəkilən fotoşəkillərdə Marsın səthindəki dərin qırışlar aydın görünür. Bu, onu sübut edir ki, planet heç də hər zaman Günəş tərəfindən yandırılmış daşlı səhra olmayıb.

Daha çox tədqiqatçı bu nəticəyə gəlir ki, keçmişdə Marsın atmosferi daha qalın və möhkəm olub. Bu, planetdə Günəş şüalarının yaratdığı istiliyin qarşısını almağa kömək edib və su axınlarının daim səthdə qalması üçün şərait yaradıb.

Ötən il məhz elə həmin “Mars-ekspress” Qırmızı planetdə maye suyu olan göl aşkarlamışdı. Eni 20 kilometr olan göl cənub qütbündə yerləşir və qalın buz qatı ilə örtülüb.

Paylaş