Abşeron rayonu ərazisində mərkəzi avtomobil yollarının kənarlarında abadlıq işləri davam etdirilir. Ümumilikdə, rayonun park, yol kənarı və digər ərazilərində ötən il 61 min ədəd zeytun, xan çinar, şam və digər növ ağaclar əkilib.
Biosfer.az xəbər verir ki, Mehdiabad-Pirşağı, Hökməli-Qobu yolları boyunca hasarların hörülməsi, suvanaraq rənglənməsi işləri həyata keçirilir, Məmmədli kəndində mərkəzi Heydər Əliyev küçəsində yol kənarındakı divarlara 2160 kvadratmetr bəzək daşı vurulub.