Nəsli kəsilmiş nəhəng tısbağa tapıldı – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

Qalapaqos adalarında böyüklüyünə görə sayca üçüncü olan Fernandina adasında “Chelonoidis Phantasticus” tısbağasının ən böyük dişi növü aşkar edilib. Bu növ son 100 ildə nəsli kəsilmiş hesab edilir.

Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, tədqiqatçılar belə tısbağanı sonuncu dəfə 1906-cı ildə görüblər.

Nadir heyvan növünü yerli “Galapagos Conservancy” Milli Parkı və Ekoloji Təşkilatı tərəfindən təşkil olunmuş ekspedisiya üzvləri aşkar ediblər.

Bu gün Qalapaqos adalarında 11 növ nəhəng çanaqlı bağa yaşayır.

 

Paylaş