İnəklər üçün sosial şəbəkə yaradıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Heyvanlarını cütləşdirmək istəyən fermerlər sosial şəbəkədən yararlanacaqlar. Onlayn dostluq şəbəkəsi olan “Tinder”ə bənzər sosial şəbəkə yaradılıb.

İngiltərədə fermerler tərəfindən yaradılan “Tudder” sosial şəbəkəsi inəklər haqda elanlarların yerləşdirilməsinə imkan verəcək. Bununla da heyvanlarını cütləşdirmək istəyən fermerlər sosial şəbəkədən yararlanacaqlar.

“Daily Mail” dərgisinin məlumatına görə, bu sosial şəbəkədə artıq 42 mindən buğa və inək üçün profil yaradılıb. Bu profillərdə isə heyvan ailəsi, onun nəsilartırma qabiliyyəti və bazar qiyməti, sahibinin əlaqə nömrəsi və digər məlumatlar yer alıb. (Sputnik Azərbaycan)

Paylaş