Türkiyədə dərslər dayandırıldı – Zəlzələyə görə

Google+ Pinterest LinkedIn Tumblr +

Türkiyənin qərbində Çanakkala vilayətindəki məktəblərdə dərslər dayandırılıb.

Biosfer.az xəbər verir ki, dərslərin dayandırılmasına ötən gün baş vermiş yeraltı təkanlar səbəb olub. Bildirilir ki, dərslər yalnız 1 gün olmayacaq.

Qeyd edək ki, ötən gün İzmir və Çanakkala vilayətində 5.5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri İzmir şəhərindən 148 km şimal-qərbdə, ocağı isə 8 km dərinlikdə olub.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Paylaş