Çinin Milli Sağlamlıq Komissiyası tərəfindən nəşr olunan “2019-cu ilin yanvarı: milli səviyyədə yoluxucu xəstəliklərlə bağlı vəziyyət və epidemiya” hesabatına görə, ötən ay ölkədə 1 milyon 143 min 574 nəfərdə yoluxucu xəstəlik aşkarlanıb.
Biosfer.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yoluxucu xəstəliklər 1901 nəfərin həyatına son qoyub. Bununla yanaşı, qeyd edilir ki, ötən ay AİDS-dən 423 nəfər, vərəmdən 208, hepatitdən 68, quduzluqdan 33, qripdən 143 nəfər dünyasını dəyişib.
Buna baxmayaraq, yoluxucu xəstəliklərin ən çox hansı bölgələrdə və şəhərlər aşkar edildiyi barədə məlumat verilmir.