İndoneziyada daha bir güclü zəlzələ

Google+ Pinterest LinkedIn Tumblr +

İndoneziyanın Yava adasından cənubda 5,7 bal gücündə zəlzələ baş verib.

Biosfer.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Surabaya şəhərindən 288 kilometr cənubda, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Paylaş