Türkiyənin Van əyalətində 4,0 bal gücündə zəlzələ baş verib.
Biosfer.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Saray rayonunda, ocağı isə 11,25 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.