Yaponiyanın Honsü adasının şimal-şərqindəki Omitama şəhərində quşçuluq fermasında iri miqyaslı yanğın baş verib.
Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə bazar günü axşam olub. Yanğın fermanın hər yerini bürüyüb. Hadisə zamanı on minlərlə cücə yanaraq tələf olub.
Hazırda alov söndürülüb, hadisənin səbəbləri məlum deyil. Yanğın zamanı quşçuluq fermasının əməkdaşlarından heç kim xəsarət almayıb.
Polisin məlumatına görə, fermanın yeddi korpusunda hadisə zamanı ümumilikdə 80 min toyuq və cücə olub.