Qəbələ və İsmayıllı sakinlərindən ov silahları götürüldü

Google+ Pinterest LinkedIn Tumblr +

Qəbələ və İsmayıllı sakinlərindən ov silahları götürülüb.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Biosfer.az-a verilən məlumata görə, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Göytəpə kənd sakini Ədalət Mustafayevdən müvafiq sənədləri olmayan “TOZ 63” markalı, qoşalüləli ov tüfəngi götürülüb.

Qəbələ RPŞ-nin əməkdaşları tərəfindən isə rayonun Nic qəsəbə sakini Jora Muradaridən də qanunsuz saxladığı “TOZ” markalı, təklülə tüfəng aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Paylaş