Atlantik okeanının şimal hissəsində 6.2 bal gücündə zəlzələ olub.
Biosfer.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanların episentri 3,9 min nəfərin yaşadığı Floriş adasındakı Laziş-daş-Floriş (Portuqaliya) bələdiyyəsinin 617 km cənub-qərbində qeydə alınıb. Zəlzələnin mərkəzi 10 km dərinlikdə yerləşib.
Sunami təhlükəsi elan olunmayıb.