MIT (Massaçusetts Texnologiya İnstitutu) tərəfindən aparılan son araşdırmalarda, Qütb Bölgəsində olan suların yaşıl rəngə çevrilməyə başladığı müşahidə edilib.
Biosfer.az deyerler.org-a istinadən bildirir ki, 2010-cu ildən bu yana iqlim dəyişikliyinin artıq gerçəyə çevrildiyini görməyə başlayırıq. Qütb bölgələrindəki buz ərimələrindən sonra, indi də MIT tərəfindən aparılan araşdırmada, okean sularının rəng dəyişdirəcəyini öyrəndik. Üstəlik bu rəng dəyişmələrinin reallaşmağa başlamış olması isə, mövzunun önəmini xüsusilə vurğulayır.
Apollo 17 qrupunun daha əvvəldən çəkmiş olduğu bəzi görünüşlər Dünyanın əslində nə qədər də sürətli bir dəyişməyə məruz qaldığını göstərir. Normal şərtlərdə, qütblərdəki okeanın daha çox mavi rəngdə olmalıdır. Son gələn peyk hesabatlarına görə, qütblərdə istiliyin artması ilə birlikdə, okean rəngi də getdikcə yaşıla doğru çevrilir.
Bəzi elm adamları iqlim dəyişikliyinin daha çox atmosfer içərisində təsirli olacağını söyləsə də, görünən odur ki, okeanlar da ən az atmosfer qədər təsir görəcək.
Qütblərdə istiliyin artması ilə birlikdə, fitoplanktonlar bu bölgəyə doğru köçəcək və beləcə bu bölgədəki Günəş şüalarını absorbasiya edərək yayacaq. Beləcə qütb okeanları, daha yaşıl bir görünüş alacaq.