Güclü qar Moskva yollarında uzun tıxaclara səbəb olub.
Biosfer.az xəbər verir ki, hazırda paytaxta demək olar ki, bütün giriş yollarında nəqliyyatın hərəkətində çətinlik müşahidə olunur. Yollarda yüklülük 7 balla qiymətləndirilir.
Moskva Nəqliyyat Kompleksi sürücülərə ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyi tövsiyə edir.