Bərdədə at əti satan şəxs tutuldu

Google+ Pinterest LinkedIn Tumblr +

Bərdə rayonunda at ətinin qanunsuz satışı ilə məşğul olan şəxs tutulub.

Biosfer.az xəbər verir ki, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz at əti satışı ilə məşğul olan 1979-ci il təvəllüdlü Babayev Rövşən Qinyaz oğlu saxlanılıb.

At başı kəsərkən tutulan şəxsdən 128 kq at əti müsadirə olunub.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş