Türkiyədə dəniz reysləri təxirə salındı

Google+ Pinterest LinkedIn Tumblr +

İstanbul akvatoriyasında qatı duman və güclü küləklə əlaqədar dəniz reysləri təxirə salınır.

Biosfer.az xəbər verir ki, reyslərin təxirə salınması barədə Türkiyənın Dəniz nəqliyyatının idarə edilməsi üzrə təşkilatından bildiriblər.

Eyni təbiət hadisələri ilə bağlı Bursada da dəniz reyslərinin dayandırıldığı bildirilir.

Qeyd edək ki, sonuncu dəfə yanvarın 23-da Dardanel boğazı gəmilərin hərəkəti üçün bağlanmışdı.

Paylaş