Rusiyanın Arxangelsk vilayətinin hakimiyyət dairələri Yeni Torpaq (Novaya Zemlya) arxipelaqında fövqəladə vəziyyət rejimi elan ediblər.
Biosfer.az milli.az-a istinadən bildirir ki, səbəb ağ ayıların yaşayış məntəqələrinə soxulmasıdır. Beluşya Quba qəsəbəsinin ərazisində 52 ağ ayı dolaşır. Yırtıcılar evlərə və idarələrə girirlər. Onların arasında insanlara hücum edənlər də var. 10 ayı isə daim qəsəbə ərazisindədir.
Qəsəbəyə əlavə polis qüvvəsi ilə yanaşı, hərbçilər də yeridilib.