Çilidə leysan yağışları nəticəsində 9 nəfər öldü

Google+ Pinterest LinkedIn Tumblr +

Çili prezidenti Sebastyan Pinyera cümə günü axşam ölkənin cənubuna üz verən güclü yağışlar nəticəsində azı 9 nəfərin öldüyünü bildirib.

Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Pinyera bunu Kalama şəhərində jurnalistlərə deyib.

“Biz Loa əyalətində üç nəfərin ölümünü yaşamışıq, şimal makrozonasında isə daha 6 nəfər həyatdan məhrum olub”, – deyə o əlavə edib.

Prezidentin sözlərinə görə, məcrasından çıxan çaylar asanlıqla 820 evə ziyan vurub, daha 78 ev ciddi zədə alıb, 75-i isə tamamilə dağılıb.

Paylaş