İndoneziyada zəlzələ – 5,7 bal

Google+ Pinterest LinkedIn Tumblr +

İndoneziya sahillərində güclü zəlzələ baş verib.

Biosfer.az xəbər verir ki, ABŞ Geoloji Xidməti zəlzələnin 5,7 bal gücündə olması barədə xəbər yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla 04.15-də qeydə alınıb. Episentr isə Ternate şəhərindən 129 kilometr şimal-qərbdə olub. İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.

İndoneziya seysmik ərazi sayılır və il ərzində burada 4 baldan yuxarı zəlzələlər qeydə alınır.

Paylaş