Azərbaycanda Kiçik çillə yoxa çıxıb? – Ekoloq

Google+ Pinterest LinkedIn Tumblr +

Yanvarın 31-dən fevralın 1-nə keçən gecədən etibarən Azərbaycanda Kiçik çillə başlayıb. Artıq 6 gündür sərt soyuğu, kəskin havası ilə seçilən Kiçik çillə ölkədə hakim olsa da, nə soyuqdan, nə də şaxtadan əsər-əlamət var. Ümumiyyətlə, son illər Azərbaycanda Kiçik çillənin daha mülayim keçdiyi müşahidə edilir.

Mövzu ilə bağlı Axar.az-a danışan ekoloq Telman Zeynalov bildirib ki, Bakıda havalar anomal keçir və bunun səbəbi xaotik tikililər, yüksək mərtəbəli binalardır:

“Bu tikililər qanunsuz şəkildə tikilir və atmosferdə gedən proseslərin qarşısını kəsir. Ona görə də havalar normal olmur. Küləklər şəhərin mərkəzinə çatmır, rayonlarda isə hava soyuq keçir, qar yağır”.

Ekoloq vurğulayıb ki, bundan əvvəlki illərdə Kiçik çillə bitəndən sonra qarın yağması halları da müşahidə edilib.

Paylaş