Şamaxıdan son xəbər: Camaat zəlzələnin təkrarlanacağından narahatdır – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

Dünən gecə saat 23.20 radələrində baş vermiş zəlzələ nəticəsində Şamaxı rayonunun yaşayış evlərinə, eləcə də bir sıra qeyri-yaşayış obyektlərinə külli miqdarda ziyan dəyib. Yerli sakinlərin bir çoxu yeraltı təkanların təkrarlanacağından qorxaraq gecəni küçədə keçirib.

Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, zəlzələ nəticəsində Şamaxı rayonunun Şəhriyar qəsəbəsində bir yaşayış evində dağıntı baş verib. İlkin məlumatlara əsasən, dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. 

Daha çox dağıntı rayonun Qəleybuğurt, Qızmeydan və Nağaraxana kəndlərində qeydə alınıb. Həmin kəndlərdə səyyar tibb məntəqələri qurulub. Dağıntılar zamanı xəsarət alanların sayının artdığı və onların əksəriyyətinə ambulator yardım göstərildiyi bildirilir.

Şamaxı rayonunda baş verən zəlzələnin fəsadları

Bundan başqa, baş vermiş zəlzələ nəticəsində həyətyanı sahələrın divarları uçub. Eləcə də evlərin barılarında böyük çatlar və dağıntılar əmələ gəlib.

Şamaxı rayonunda baş verən zəlzələnin fəsadları

Baş verən zəlzələ nəticəsində rayonda elektrik enerjisinin verilişində fasilələr yaranıb. Bəzi yerlərdə hələ də elektrik enerjisi yoxdur. Bundan başqa, rayona hazırda qaz verilişi də dayandırılıb. Buna səbəb isə qaz xətlərinin sıradan çıxması və qaz borularının qırılması göstərilir. Güman olunur ki, bu gün qazın verilişi də bərpa olunacaq.Kəmaləddin Heydərov Şamaxı rayonunda

Zəlzələ zamanı şəhər 2 saylı tam orta məktəbin binası da qəzalı vəziyyətə düşüb. İki korpusdan ibarət olan məktəbin 2-ci korpusunun tavan hissəsi çöküb. Binanın 3-cü və 2-ci mərtəbəsində çatlar yaranıb.

Şamaxı rayonunda baş verən zəlzələnin fəsadları

Məktəbin qəzalı vəziyyətə düşən korpusuna şagird və müəllimlərin girişi qadağan edilib. Məktəbin 1-ci korpusu birmərtəbəli olduğundan binaya ziyan dəyməyib.

Şamaxı rayonunda baş verən zəlzələnin fəsadları

Həmçinin, Şamaxının bir çox köhnə məktəb binalarında da xırda çatlar əmələ gəlib. Əraziyə aidiyyəti qurumların rəsmiləri baxış keçiriblər.

Kəmaləddin Heydərov əraziyə baxış keçirib

Onu da qeyd edək ki, hazırda dövlət rəsmiləri rayondadır və ərazilərə baxış keçirilir.

Paylaş