Azərbaycanda GÜCLÜ ZƏLZƏLƏ OLDU – YENİLƏNDİ

Google+ Pinterest LinkedIn Tumblr +

Azərbaycanda güclü zəlzələ olub.

Biosfer.az xəbər verir ki, yeraltı təkanlar Ağsu rayonunda olub. Bu barədə yerli sakinlər sosial şəbəkədə yazıb. Yeraltı təkanların 5-6 bal arasında olduğu təxmin edilir.

Zəlzələ nəticəsində evlərdə çatlar əmələ gəldiyi də bildirilir. Zəlzələ bölgələrlə yanaşı, paytaxt Bakıda da hiss olunub.

Təbii fəlakətlə bağlı rəsmi məlumat hələ ki, yoxdur.

***

Bu gecə Şamaxı rayonunda zəlzələ nəticəsində bir neçə fərdi evin hasarı uçub.

Biosfer.az xəbər verir ki, dağıntılar zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Daha əvvəl, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi ilk olaraq Ağsu rayonunda 4,4 (saat 23:19), ardınca İsmayıllı rayonunda 6 (23:31), ardınca yenə Ağsuda 3,4 maqnituda gücündə (23:37) zəlzələnin baş verməsi barədə məlumat yayıb. Yeraltı təkanlar Pirqulu stansiyasından müvafiq olaraq, 7 km cənubda, 11 km cənub-qərbdə və 8 km qərbdə qeydə alınıb.

ETSN-in məlumatına görə, yeraltı təkanlar Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib.

***

Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla saat 06:25-də qeydə alınmış zəlzələnin gücü 3,9 bal olub.

Ocağı 10 kilometr dərinlikdə olan zəlzələ hiss olunmayıb.

Paylaş