Alimdən XƏBƏRDARLIQ: Yer kürəsi bu tarixdə məhv olacaq – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

Apofis asteroid Yer kürəsi ilə toqquşacağı halda, çoxmilyonlu şəhər tamamilə məhv ola bilər.

Biosfer.az xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Geosferlərin Dinamikası İnstitutunun mütəxəssisi, fizika-riyaziyyat elmləri doktoru Valeri Şuvalov bildirib.

“Əgər Apofis (diametri 300 metrdən çoxdur – TASS) Moskvaya düşərsə, şəhərdə hər şey məhv olacaq. Həmçinin ciddi dağıntılar Moskva vilayətinin ərazisində yaranacaq. İonosfer şüası, yəqin ki, bütün Avropanı tutacaq”, – Şuvalov Rusiya paytaxtının nümunəsində zərbənin təxmini qiymətləndirməsini aparıb.

O, əlavə edib ki, ölçüləri Apofis böyüklüyündə olan asteroid hər 10-100 min ildən bir Yer kürəsinə düşür.

Alim bildirib ki, bu gün bəşəriyyətdə asteroidin trayektoriyasını dəyişdirmək üçün vasitə yoxdur.

Qeyd edək ki, Apofis asteroidi 2014-cü ildə Kitt-Pik (Arizona ştatı) rəsədxanasında aşkar edilib. Göy cismi saniyədə 30 kilometrdən yuxarı sürətlə hərəkət edir. O, Yer kürəsinə nisbətən kiçik məsafəyə yaxınlaşaraq ondan uzaqlaşır. Növbəti yaxınlaşmanın 2029-cu ildə (müxtəlif məlumatlara görə, 37-38 min kilometrdə) olacağı gözlənilir.

Daha əvvəl Sankt-Peterburq Dövlət Universitetindən alimlər fərz ediblər ki, Apofis 2068-ci ildə Yer kürəsi ilə toqquşa bilər. (Publika.az)

 

Paylaş