Bu ölkədə havanın çirklənməsi rekord səviyyəyə çatıb

Google+ Pinterest LinkedIn Tumblr +

Yanvarın 31-də Banqkokda havanın toz hissəcikləri və dizel tüstüsü ilə çirklənməsi rekord səviyyəyə – bir kubmetrdə 100 mikroqrama çatıb. Hazırda Tailandın paytaxtı atmosferin çirklənmə səviyyəsinə görə dünyanın beşinci şəhəridir.

Biosfer.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Banqkok şəhər meriyasının ətraf mühitin qorunması üzrə şöbəsi məlumat yayıb.

Dünyada atmosferin çirklənmə səviyyəsinə görə ilk yeri Nyu-Deli şəhəri tutur. Burada çirklənmə bir kubmetrdə 300 mikroqram təşkil edir. İnsan üçün təhlükəsiz hədd isə 50 mikroqrama qədərdir.

Hazırda Banqkokda bütün uşaq müəssisələri və orta məktəblər bağlanılıb. Yanğınsöndürmə maşınları havanı su zərrəciklərinin köməyi ilə təmizləməyə çalışırlar. Yerli televiziya kanalları əhalini mümkün qədər evlərini tərk etməməyə, küçəyə çıxan zaman isə qoruyucu maska taxmağa çağırır.

Şəhər administrasiyasının ətraf mühitin qorunması üzrə şöbəsi Banqkokda güclü atmosfer çirklənməsinin fevralın 4-nə qədər davam edəcəyini bildirib.

Paylaş