Atmosferi çirkləndirən zavod cərimələndi

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları “S.Steel” Məhdud Məsuliyyətli Cəmiyyətinin paytaxtın Suraxanı rayonunun Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 14 ünvanında fəaliyyət göstərən metaləritmə zavodundan atmosferə atılan tullantılarla bağlı növbəti araşdırma və monitorinq keçiriblər.

Nazirliyin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, monitorinqlər zamanı atmosferə atılan tullantıların miqdarının bu dəfə də normadan artıq olduğu müəyyənləşib.

Qeyd edək ki, nazirlik ötən ilin dekabrında zavod barəsində akt, protokol tərtib edib və zavoda müasir standartlara cavab verən təmizləyici qurğunun quraşdırılması ilə bağlı icrası məcburi olan müddətli “məcburi göstəriş” verib. “Məcburi göstəriş”in tələblərini yerinə yetirmədiyi üçün zavod barəsində yenidən protokol tərtib edilib və onun hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər Suraxanı Rayon Məhkəməsinə göndərilib.

Paylaş