Kubada tornado: 4 ölü, 200-ə yaxın yaralı

Google+ Pinterest LinkedIn Tumblr +

Kubanın paytaxtında tüğyan edən tornado azı 4 nəfərin ölümünə, 195 nəfərin isə xəsarət almasına səbəb olub.

Biosfer.az Prensa Latina informasiya agentliyinə istinadla xəbər verir ki, Kubanın Dövlət Şurası və Nazirlər Şurasının sədri Migel Dias-Kanel təbii fəlakətdən ən çox Reqla rayonunun zərər çəkdiyini bildirib. Quanabakoa, Dies-de-Oktubre və San-Migel-del-Padron rayonlarına da xeyli ziyan dəyib.

Kuba hakimiyyət orqanlarının verdiyi məlumata əsasən, azı 1,2 min binaya təsir edib ki, onların da əksəriyyəti tam və ya qismən dağılıb.

Paylaş