Kolumbiyanın Nevado-del-Uil vulkanı yaxınlığında yeni silsilə zəlzələlər baş verib.
Biosfer.az Kolumbiya Geoloji Xidmətinə istinadən xəbər verir ki, 5,4 bal gücündə olan ilk zəlzələ “UTC” vaxtı ilə saat 21:07-də qeydə alınıb.
Daha sonra 21:28-də 4 bal gücündə, 22:02-də 4 bal gücündə, 22:09-da 3,4 bal gücündə, 22:33-də 4,1 bal gücündə yeraltı təkanlar qeydə alınıb.
Qeyd edək ki, Nevado-del-Uil vulkanı yaxınlığında yanvarın 26-sı maqnitudası 5,4 bala qədər olan bir neçə zəlzələ baş vermişdi.