Azərbaycanda 45 xüsusi mühafizə olunan təbiət ərazisi mövcuddur

Google+ Pinterest LinkedIn Tumblr +

Ekoloji təhlükəsizliyin və insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi ölkədə aparılan ekoloji siyasətin əsas prioritetlərindəndir.

Ötən il Prezident İlham Əliyevin Sərəncamına əsasən xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, təbii resurslardan səmərəli istifadəsini və ekoturizmin inkişafını təmin etmək məqsədilə 99,1 min hektar sahədə Qızılağac Milli Parkı yaradılıb.

Biosfer.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, bu ilin əvvəlinə olan məlumata görə, flora və faunanın qorunub saxlanması və təkrar istehsalı üçün ölkədə ümumi sahəsi 120,7 min hektar olan 11 dövlət qoruğu, sahəsi 421,4 min hektar olan 10 milli park və sahəsi 350,8 min hektar olan 24 dövlət təbiət yasaqlığı mövcuddur. Xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini təşkil edir.

Paylaş