Yanvarın 26-da Yaponiyanın Kyuşu adasında yerləşən Kumamoto prefekturasında 4,4 bal gücündə zəlzələ baş verib.
Biosfer.az Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Kumamoto prefekturasında, ocağı 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ qonşuluqda yerləşən Fukuoka, Saqa, Naqasaki və Oçi prefekturalarında da hiss olunub.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.