Yanvarın 25-də Türkiyə vaxtı ilə saat 18:00-dan başlayaraq davam edən şiddətli qasırğa İzmir bölgəsində dağıntılar yaradıb.
Biosfer.az xəbər verir ki, güclü külək və yağış əhaliyə və təsərrüfata böyük məbləğdə zərər vurub. Külək binaların dam örtüyünü aparıb. Hündür ağaclar yollara və maşınların üstünə aşıb. Egey dənizinin şimalında küləyin sürəti saatda 90 kilometrə çatıb. İzmir körfəzində gəmilərin hərəkəti dayandırılıb. İzmir hava limanında nəzərdə tutulan təyyarə reysləri ləğv edilib.