Plastik və polietilen məhsulları yandırmaq tövsiyə olunmur

Google+ Pinterest LinkedIn Tumblr +

Plastik və polietilen məhsullar yandırılarkən insan orqanizmi üçün zərərli kimyəvi maddə – dioksin ifraz olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Biosfer.az-a bildiriblər ki, dioksin bənzər quruluşa malik kimyəvi maddələrin birləşməsindən formalaşır. Bu birləşmələr hidrogen, karbon, oksigen və xlor atomlarından ibarətdir. Araşdırmalardan məlum olub ki, plastik materialların isti su və ya birbaşa isti ilə təması nəticəsində də dioksin yaranır. Beynəlxalq Xərçəng Araşdırma İnstitutunun açıqlamasına görə, dioksin xərçəng xəstəliyi əmələ gətirir. Bu maddə orqanizmə daxil olub yağ toxumasında yığılır. Onun orqanizmdən xaric olması qeyri-mümkündür. Təəssüf ki, dioksinin təsirinin azaldılması üçün dərman vasitələri yoxdur.

Qeyd edək ki, polietilenin üzərindəki bakteriyaların çoxluğu səbəbi ilə paketlərdəki ərzaqlar daha tez xarab olur. Kip bağlanmış şəffaf paketdə kondensat əmələ gəlir və müxtəlif göbələklər inkişaf edir. Polietilen məhsullar dondurulduqda isə ondan insan üçün zərərli olan toksinlər ayrılır.

Paylaş