Türkiyənin Konya, Niğde, Siirt, Bitlis, Batman, Ədirnə və Tekirdağ bölgələri daxil olmaqla 7 ərazidə neft axtarışı həyata keçiriləcək.
Biosfer.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunun üçün Energetika və Təbii Sərvətlər Nazirliyi tərəfindən TPAO şirkətinə səlahiyyət verilib.
Bu səlahiyyətin müddəti 5 ili əhatə edir.