Çərşənbə axşamı İndoneziya sahillərində 6,1 maqnituda gücündə zəlzələ baş verib.
Biosfer.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri Şərqi Nusa-Tenqara əlayətindəki adadan 76 km məsafədə qeydə alınıb.
Zəlzələnin ocağı yerin 31 km dərinliyində olub. Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.