Bakıda niyə göz-gözü görmür – Rəsmi açıqlama

Google+ Pinterest LinkedIn Tumblr +

Hazırda Bakıda və Abşeron yarımadasında duman müşahidə edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometroloji Proqnozlar Bürosunun direktor əvəzləyicisi Gülşad Məmmədova hadisı ilə bağlı Biosfer.az-a açıqlamasında deyib ki, dumanın tədricən zəifləyəcəyi gözlənilir.

“Bu günlə yanaşı yanvarın 22-də də mövcud hava şəraiti, yəni duman müşahidə ediləcəyi istisna olunmur” – deyə o bildirib.

“Gecə və səhər saatlaırnda hava temperaturu arasında fərqin olmaması inversiya qatının yaranmasına səbəb olub. Hazırda bununla əlaqədar olaraq paytaxtda duman müşahidə edilir” – G.Məmmədova əlavə edib.

Nazirlikdən verilən məlumatda mövcud hava şəraitinin toz qatı ilə əlaqəli olmadığı vurğulanıb.

Paylaş