Günortadan sonra KÜLƏK ŞİDDƏTLƏNƏCƏK – RƏSMİ

Google+ Pinterest LinkedIn Tumblr +

Bu gün günün ikinci yarısından sonra şimal-qərb küləyinin sürəti 33-38 m/ saniyəyədək qalxacaq.

Bu sözləri Biosfer.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

G.Məmmədova qeyd edib ki, gün ərzində küləyin sürəti axşama doğru daha da sürətlənəcək: “Əsasən güclü külək dənizdə və havanın yuxarı qatında müşahidə edilir. Biz məlumatı yayan zaman da bildirmişdik ki, ən güclü külək dənizdə müşahidə ediləcək. Səhər saatlarından etbarən dənizdə güclü küləklə əlaqədar dalğanın hündürlüyü Günəşli yatağında 4,8 metrə çatıb. Gün ərzində küləyin zəifləməsi gözlənilmir. Külək ancaq sabah günorta saatlarına doğru nisbətən zəifləyəcək”.

Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında bu gün şimal-qərb küləyinin 18-23 m/s, arabir 28-33 m/s-dək güclənəcəyi, səhər və gündüz yarımadanın bəzi yerlərində arabir 35-38 m/s-dək şiddətlənəcəyi proqnozlaşdırılıb. Temperaturun anomal gedişi gözlənilir.

Paylaş