Xırdalanda yaşıllaşdırma işləri davam edir

Google+ Pinterest LinkedIn Tumblr +

Abşeron rayonunda təmizlik və yaşıllaşdırma işləri çərçivəsində Xırdalan şəhərində təşkil olunan növbəti iməcilik və ağacəkmə aksiyası ekoloji balansın bərpasına, təbii mühitin qorunmasına yönəldilib.

Abşeron Rayon İcra Hakimiyyətindən Biosfer.az-a bildirilib ki, şəhər icra nümayəndəliyi tərəfindən Xırdalan şəhərində təşkil olunan aksiyada ərazi kənar əşyalardan təmizlənib, quyular qazılıb və 400 ədəd müxtəlif növ həmişəyaşıl ağac əkilib. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb.

Paylaş