Su hövzələrinə 380 milyona yaxın müxtəlif növ balıq körpəsi buraxılıb

Google+ Pinterest LinkedIn Tumblr +

Ötən il Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti su bioresurslarının artırılması, bərpası, istifadəsinin tənzimlənməsi və mühafizəsi sahəsində tədbirləri davam etdirib. Xəzər dənizində və daxili su hövzələrində vətəgə əhəmiyyətli qiymətli balıq növlərinin sayının bərpası məqsədilə nazirliyin balıqartırma müəssisələri tərəfindən 376,8 milyon müxtəlif növ balıq körpəsi respublikanın müəyyən edilmiş su hövzələrinə buraxılıb.

Bu barədə AZƏRTAC-a nazirliyin su hövzələrində bioresursların artırılması sektorunun müdiri Fəridə Ələkbərova məlumat verib.

Sektor müdiri bildirib ki, balıq körpələrinin 52,11 milyonu süni üsulla, 324,69 milyonu isə təbii kürüləmə yolu ilə artırılıb.

Paylaş