Suriyanın paytaxtı Dəməşqə güclü qar yağıb, nəticədə küçələrin əksəriyyəti su altında qalıb.
Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sinoptiklər Suriya paytaxtına 36 saat davam edəcək qütb siklonunun gələcəyi barədə əvvəlcədən xəbərdarlıq ediblər.
Siklonla əlaqədar olaraq Suriyanın bütün dəniz limanları bağlanıb.
Yerli sakinlərin bildirdiklərinə görə, artıq neçə ildir yanvar ayında belə hava müşahidə olunmayıb.