Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ov edən beş nəfəri saxlayıblar.
Bu barədə Biosfer.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla onların Göygöl rayon sakinləri Nazir Bağırov, Xanlar Bağırov, Şükür Bağırov, Bayram Bağırov və Namiq Bağırov olduqları müəyyən edilib. Həmin şəxslərdən müvafiq sənədləri olmayan iki ədəd “TOZ” və 3 ədəd “İJ” markalı ov tüfəngləri, eləcə də 84 patron və ovlanmış 2 dovşan götürülüb.
Faktla bağlı Göygöl Rayon Polis Şöbəsində araşdırmalar aparılır.