Nəhəng yağ qalası ingilislərin yolunu kəsib

Google+ Pinterest LinkedIn Tumblr +

Böyük Britaniyanın cənub-qərbində Sidmut şəhərinin kanalizasiyasında öz ölçüsü ilə Piza qülləsıni keçmiş nəhəng “yağ qalası” aşkar edilib.

Biosfer.az xəbər verir ki, 64 metrlik “yağ qalası” dekabrın ortalarında aşkarlanıb.

Yağ topası kanalizasiyada məhv olmayan tullantılardan – donmuş yağdan və nəm salfetkalardan meydana gəlib.

Nəhəng tıxanmanı aradan qaldırmaq üçün 8 həftə lazım olacaq. İşlərin görülməsi üçün tələb edilən məbləğ hələ açıqlanmayıb.

Qeyd etmək lazımdır ki, tapılmış yağ topası 2017-ci ildə Londonda tapılmış 250 metrlik yağ topasından 4 dəfə kiçikdir. Onun fraqmentləri London muzeyində sərgilənmişdi.

Paylaş