Süni qar yaratmaq istədilər – FACİƏLİ SONLUQ

Google+ Pinterest LinkedIn Tumblr +

Fransanın Moriyon dağ-xizək kurortunun iki əməkdaşı bol yağıntıdan sonra süni qar uçqunu yaratmaq üçün istifadə olunan partlayıcı qurğunu işə salan zaman həlak olub.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, əməkdaşlar bol qar yağıntısından sonra partlayıcı qurğunun köməkliyi ilə xizək bazası yaratmalı imişlər.

Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər gəlib, hadisənin səbəbləri araşdırılır.

Paylaş