Çinin Sincan-Uyğur Muxtar Rayonunun Kaşğar prefekturasında 5,1 bal gücündə zəlzələ olub.
Biosfer.az Çin Seysmologiya Mərkəzinə istinadla xəbər verir ki, yeraltı təkan Kaşğar prefekturasının Şufu qəsəbəsində yerli vaxtla saat 12:32-də qeydə alınıb. Zəlzələnin episentri yer səthindən 10 kilometr dərinlikdə olub.
Hələlik tələfat və dağıntı barədə məlumat yoxdur.