Azərbaycanda güclü külək davam edəcək – XƏBƏRDARLIQ

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirlikdən Biosfer.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 11-i gündüzdən 12-si gündüzədək cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 11-i gündüz və 12-də qərb küləyinin bəzi yerlərdə arabir güclənəcəyi gözlənilir.

Paylaş