Yaşıl çay içənlər, DİQQƏTLİ OLUN!

Google+ Pinterest LinkedIn Tumblr +

Mütəxəssislər faydalı olması və əks təsirlərdən qorunmaq üçün yaşıl çayın hansı zamanlarda içilməsi ilə bağlı məsləhətlər veriblər.

Biosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mütəxəssislər bu çayı yemək arası içməməyi tövsiyə edirlər. Onların fikrincə, bu zaman çayın tərkibində olan dəmirin qəbulunda müəyyən məhdudiyyətlər yaranır. Belə olan halda bədən dəmirin 60 faizini qəbul etmir. Çünki yaşıl çay dəmirlə zəngin olmaqla yeni qan yaratmaq keyfiyyətinə malikdir.

Bundan başqa, yaşıl çayı acqarına içmək də məsləhət görülmür. Həkimlərin məlumatına görə, bu zaman mədədə narahatlıq yarana bilər. Bundan başqa, yaşıl çayın yatmazdan öncə də içilməsi tövsiyə olunmur.

Həkimlər bildirir ki, yaşıl çayın daha çox səhər və günorta yeməyi arasında içilməsi məsləhətlidir.

Paylaş