Güclü külək Heydər Əliyev Hava Limanının işinə təsir etməyib

Google+ Pinterest LinkedIn Tumblr +

Bakıda güclü külək Heydər Əliyev Beynəlxalq Hava Limanının işinə təsir etməyib.

Bu barədə Biosfer.az-a aeroportdan bildiriblər.

Qeyd olunub ki, bütün uçuşlar cədvəl üzrə həyata keçirilir.

Xatırladaq ki, son günlər Bakıda güclü külək əsir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yanvarın 10-da da Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyini bildirir.

Paylaş