Qrenlandiyada 6 ton metan qazı dənizə tökülür

Google+ Pinterest LinkedIn Tumblr +

İngiltərənin Bristol Universitetinin tədqiqatçıları Danimarkanın muxtar mahalı olan Qrenlandiya adasında apardıqları araşdırmalar zamanı yayda buz örtüyünün əriməsi nəticəsində tonlarla metan qazının üzə çıxdığını aşkarlayıblar.

Biosfer.az “Nature” jurnalına istinadla xəbər verir ki, dünyanın ən böyük adasında aparılan tədqiqatlar zamanı buz təbəqələri içərisində saxlanan 6 ton metan qazının buzlaqdan əriyib axan çaylara qarışdığı və onlarla birgə dənizə töküldüyü də məlum olub.

Metan qazının karbon dioksid ilə birgə atmosferdə istixana effekti yaratdığına diqqət çəkən araşdırmaçılar onun üzə çıxmasının havanın orta temperaturuna təsir edəcəyi barədə xəbərdarlıq ediblər.

Paylaş