Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Son illərdə kənd təsərrüfatının digər sahələri kimi, bu istiqamətdə də inkişafa nail olunub.
Rayon Statistika İdarəsindən Biosfer.az-a bildiriblər ki, Tərtərdə 1397,8 hektar meyvə bağları və 11,6 hektar üzümlüklər var. Meyvə bağlarının 1118,8 hektarı barverəndir. 2018-ci ildə 100,9 hektarda yeni meyvə bağları və giləmeyvəliklər, o cümlədən 32,8 hektarda xurma, 24,3 hektarda şaftalı, 9,9 hektarda armud, 8,2 hektarda gilas, 6,9 hektarda alça, 6,4 hektarda alma, 6,2 hektarda badam və s. bağlar salınıb. 1 milyon 692 min 685 ədəd meyvə və 224 min ədəd dekorativ bitki tingləri yetişdirilib.
Ötən il rayon ərazisindəki bağlardan 10 min 363,7 ton meyvə və giləmeyvə, 1045 ton üzüm yığılıb.