İndoneziyanın qərbində ötən həftə baş vermiş torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 31 nəfərə çatıb.
Biosfer.az xəbər verir ki, itkin düşənlərin tapılması üçün axtarış-xilasetmə işləri daha da sürətləndirilib.
Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Milli İdarəsinin nümayəndəsi Sutopo Purvo Nuqroho bildirib ki, təbii fəlakətin ziyan vurduğu 100 nəfərin 64-ü təhlükəsiz şəraitdədir, 31 nəfər həlak olub və 3 nəfər yaralanıb. İki nəfərin hələ də tapılmadığı bildirilir.
Xatırladaq ki, Qərbi Yava əyalətində torpaq sürüşməsi dekabrın 31-də baş verib. Nəticədə 34 ev torpaq altında qalıb. Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması Milli İdarəsinin məlumatına görə, torpaq sürüşməsi güclü yağışlar nəticəsində baş verib.