ABŞ-ın Alyaska ştatında 6,1 bal gücündə zəlzələ baş verib.
Biosfer.az ABŞ Geoloji Xidmətinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Tanaq vulkanından 54 kilometr cənub-qərbdə və Adak şəhərindən 129,5 kilometr aralıda, ocağı isə 19,1 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.