Güclü külək və qasırğa Acarıstan Muxtar Respublikasının Batumi şəhərində ciddi fəsadlar törədib.
Biosfer.az xəbər verir ki, qasırğa hündürmərtəbəli evlərin damlarını uçurub, şəhər infrastrukturuna və avtomobillərə ciddi ziyan dəyib.
Şəhərin mərkəzi Çavçavadze küçəsindəki doqquzmərtəbəli yaşayış binasının damı uçub. Dağılmış dəmir konstruksiyanın yerüstü piyada keçidinə düşməsi nəticəsində iki nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Binanın yaxınlığındakı bir neçə avtomobilə ciddi ziyan dəyib.
Güclü külək “Ti-bi-si” bankının Batumidəki mərkəzi filialının, həmçinin Acarıstanın bir neçə bələdiyyəsinin ərazisində də ciddi fəsadlar törədib.
Yanvarın 5-də bölgədə güclü yağış yağacağı gözlənilir.