Bakıda külək nəticəsində lövhə aşdı – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

Əsən güclü külək nəticəsində Bakı Dairəvi 1-ci avtomobil yolunda, Yeni Yaşayış massivinə gedən yolun kəsişməsində yerləşən 10 metr hündürlüyə malik T tipli məlumatverici lövhə aşıb.

Biosfer.az xəbər verir ki, bu barədə Trend-ə AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsinsən məlumat veriblər.

Aşan lövhə Yeni Yaşayış massivinə gedən yolda, həmçinin Bakı Dairəvi 1-ci avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkatına maneə yaradıb.

Dərhal əraziyə AYYDA-nın cəlb olunaraq aşan dirəyi aradan qaldıraraq avtonəqliyyat vasitələrinin maneəsiz hərəkətini təmin ediblər.

Paylaş